Bakı Dəmiryol Vağzalında üztanıma texnologiyası əsasında ödəniş sisteminin tətbiqi üçün hazırlıq işləri aparılır.

Trend.az-ın məlumatına görə, sistem yaxın günlərdə sərnişinlərin istifadəsinə verilə bilər. Yeni texnologiya tətbiq olunacağı halda, bu, Azərbaycanda ictimai nəqliyyat sahəsində ilk belə ödəniş sistemi olacaq.

Üztanıma ilə ödəniş sistemi əsasən Çin, ABŞ, Böyük Britaniya, Cənubi Koreya, BƏƏ və Sinqapur kimi ölkələrdə məhdud tətbiqlərlə istifadə olunur; sistemdə istifadəçinin üzü əvvəlcədən biometrik formada qeydiyyatdan keçirilir və ödəniş zamanı kamera vasitəsilə tanınaraq əməliyyat bir neçə saniyə içində avtomatik şəkildə tamamlanır.

Posted 
May 14, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All