OpenAI yeni investisiya raundunu tamamladığını açıqlayıb və 122 milyard dollar yatırım cəlb edib.
bununla da dəyəri 852 milyard dollara yüksəlib. Bu, OpenAI tarixində ən böyük investisiya raundu hesab olunur. Raunda SoftBank ilə yanaşı Amazon, Nvidia və Microsoft kimi iri tərəfdaşlar da qoşulub. Şirkət bildirib ki, bu vəsait AI infrastrukturunu genişləndirmək, məhsulları böyütmək və növbəti inkişaf mərhələsini sürətləndirmək üçün istifadə olunacaq.
OpenAI həm də Super App-i istifadəyə verib. Tətbiq istifadəçilərə ChatGPT ilə yazı yazmaq, Codex ilə kodlama tapşırıqlarını yerinə yetirmək və Atlas brauzer ilə web üzərində araşdırma aparmaq imkanı verəcək.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



