OpenAI bir gün ərzində üç yüksək səviyyəli rəhbərin ayrıldığını açıqlayıb.
Keçmiş CPO Kevin Weil, Sora video layihəsinin rəhbəri Bill Peebles və korporativ tətbiqlər üzrə rəhbər Srinivas Narayanan. Bu ayrılıqlar şirkətin son aylarda həyata keçirdiyi struktur dəyişiklikləri fonunda baş verir.
Şirkət daxilində elmi və məhsul yönümlü bölmələr yenidən təşkil edilir, bəzi layihələr mərkəzləşdirilmiş strukturdansa digər komandalar arasında bölüşdürülür. Eyni zamanda Sora video layihəsi yüksək xərclərə görə dayandırılıb və OpenAI “yan layihələri” azaltma strategiyasına keçib.
Rəsmi açıqlamalara görə, ayrılan rəhbərlərdən biri şəxsi səbəblərlə, digərləri isə şirkət daxilindəki yeni fokus və dəyişikliklər fonunda ayrılıb. CEO Sam Altman isə OpenAI-ın artıq startup mərhələsini keçdiyini və daha stabil, böyük platforma kimi fəaliyyət göstərdiyini bildirib.



