ChatGPT rəsmi sağlamlıq köməkçimiz də olacaq.
OpenAI ChatGPT daxilində sağlamlıq üçün nəzərdə tutulan ChatGPT Health funksiyasını istifadəyə verib. Bu alət istifadəçilərə şəxsi sağlamlıq məlumatlarını daha yaxşı anlamağa kömək edir.
Funksiya tibbi qeydlərin və sağlamlıq tətbiqlərinin təhlükəsiz şəkildə qoşulmasına imkan verir. Məlumatlar məxfi saxlanılır və söhbətlər AI modellərinin öyrədilməsi üçün istifadə olunmur.
ChatGPT Health həkimləri əvəz etmir, lakin həkim qəbuluna hazırlaşmaq, sağlamlıq göstəricilərini izləmək və gündəlik suallara cavab tapmaq üçün dəstək rolunu oynayır.
OpenAI-ın yeni hesabatına görə, dünya üzrə 40 milyondan çox insan hər gün sağlamlıq məlumatı üçün ChatGPT-dən istifadə edib. Mesajların 5%-dən çoxu səhiyyə mövzularına aiddir və əsas istifadə simptom yoxlama, tibbi terminlərin izahı, faktura səhvlərinin aşkarlanması və həkim ziyarətinə hazırlıqdır.
Sağlamlıqla bağlı söhbətlərin 70%-i normal iş saatlarından kənarda baş verir, kənd yerlərindən həftəlik təxminən 600 min mesaj gəlir. İstifadəçilər həftəlik 1,6–1,9 milyon sığorta sualları göndərir.



