OpenAI süni intellekt alətlərini NATO-nun istifadəsinə vermək üçün mümkün əməkdaşlığı araşdırır.
Məlumata görə, şirkət AI texnologiyalarını alyansın məxfi olmayan şəbəkələrində tətbiq etməyi müzakirə edir.
Bu addım United States Department of Defense (Pentaqon) ilə bağlanan və AI alətlərinin məxfi əməliyyatlarda istifadəsini nəzərdə tutan razılaşmadan sonra gündəmə gəlib. Bu isə OpenAI-nin müdafiə sektorunda fəaliyyətini sürətlə genişləndirdiyini göstərir. OpenAI rəhbəri Sam Altman əvvəlcə NATO-nun məxfi sistemlərini də dəstəkləmə ideyasını irəli sürsə də, şirkət sonradan mümkün əməkdaşlığın yalnız məxfi olmayan şəbəkələrlə məhdudlaşacağını bildirib. NATO isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



