OpenAI ChatGPT daxilində qurulmuş Prism adlı yeni və pulsuz AI əsaslı tədqiqat workspace-ni təqdim edib.
Platforma alimlər və tədqiqatçılar üçün nəzərdə tutulub. Prism GPT-5.2 modeli əsasında işləyir və elmi mətnlərin yazılması, arqumentlərin təkmilləşdirilməsi, ideyaların inkişafı və birgə əməkdaşlıq kimi gündəlik tədqiqat işlərini asanlaşdırmağı hədəfləyir. ChatGPT şəxsi hesabı olan istifadəçilər Prism-dən artıq veb üzərindən yararlana bilirlər. OpenAI platformanın gələcəkdə tədqiqatçı rəyləri əsasında genişləndiriləcəyini bildirir.



