ChatGPT abunəlikləri və digər rəqəmsal xidmətlərin ƏDV-sini şirkətlər özü ödəyəcək

OpenAI, Zoom və Zoho Azərbaycanda ƏDV məqsədləri üçün vergi uçotuna alınıb. Şirkətlərin vergi qeydiyyatının 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcəyi bildirilir.

Yeni qaydalara əsasən, Azərbaycanda elektron xidmətlər göstərən və illik dövriyyəsi 10 min ABŞ dollarından çox olan qeyri-rezident rəqəmsal şirkətlər ƏDV üzrə vergi uçotuna alınmalıdır. Bu kateqoriyaya müxtəlif onlayn platformalar, proqram təminatı və rəqəmsal xidmət təqdim edən xarici şirkətlər daxil ola bilər.

Əsas dəyişiklik ƏDV-nin ödənilməsi mexanizmi ilə bağlıdır. İndiyədək bəzi hallarda xarici rəqəmsal xidmətlərə görə vergi bank və ya ödəniş sistemi vasitəsilə tutulurdusa, vergi uçotuna alınan şirkətlər ƏDV-ni artıq özləri hesablamalı, bəyannamə təqdim etməli və məbləği dövlət büdcəsinə ödəməlidirlər.

Bu dəyişiklik istifadəçilərin abunəlik və xidmətlərdən istifadə qaydasını dəyişmir. Əsas yenilik verginin hesablanması və dövlət büdcəsinə köçürülməsinə görə məsuliyyətin birbaşa xarici xidmət təminatçısının üzərinə keçməsidir. Qaydanın məqsədi Azərbaycanda rəqəmsal xidmətlər bazarında vergi öhdəliklərinin daha vahid və şəffaf şəkildə tətbiq edilməsidir.

Posted 
Aug 27, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All