əqəmsal Bazarlar Aktı (DMA) kontekstində "Opera" özünün yalnız Avropa üçün iOS brauzerini elan etdi. Bununla belə, Opera brauzerin süni intellekt dəstəyi təqdim edəcəyini bildirib. Gəlin xəbərin təfərrüatları ilə tanış olaq.
DMA ilə üçüncü tərəf proqram mağazalarının istifadəsi üçün yol açıldı.
Bu kontekstdə "Opera" iPhone-lar üçün “AI mərkəzli” One brauzerinin bir versiyasını buraxacağını açıqlayıb.
Qeyd edək ki, Rəqəmsal Bazarlar Aktı 2024-cü ilin mart ayında qüvvəyə minəcək. "Opera" tətbiqinin təkmilləşdirilmiş istifadəçi interfeysi ilə Safari alternativləri arasında seçiləcəyini iddia edib. Bununla yanaşı, şirkət iPhone üçün One brauzerinin tam funksional versiyası ilə iOS istifadəçiləri üçün rəqabətə hazır olacağını qeyd edib.
Bununla yanaşı, iOS üçün Opera One-ın bir neçə aydan sonra yükləmək üçün hazır olacağı gözlənilir.