OPPO 150W SuperVOOC sürətli enerji doldurma sistemini təqdim etdi.

Yeni nəsilenerji doldurma sistemi ilə 5 dəqiqə ərzində cihazınız 50 faiz enerji yığabilir. Çin mərkəzli texnologiya şirkəti OPPO bu gün yeni nəsil "150W SuperVOOC" sürətli şarj sistemini elan etdi. 4500 mAh batareyanı cəmi 5 dəqiqədə 1 faizdən 50 faizə çıxara bildiyi iddia edilən sistemin 15 dəqiqə ərzində tam doldurma təklif edə biləcəyi deyilir. 

Edilən açıqlamalara görə, xüsusi şarj cihazı ilə dəstəklənəcək sistem ilk olaraq bu ilin ikinci rübündə satışa çıxarılacaq və rəsmi adı hələ açıqlanmayan "OnePlus" smartfon modelində istifadə olunacaq. Bütün bunlarlayanaşı, telefonun flaqman olacağı, yoxsa şirkətin orta səviyyəli "Nord" seriyasının bir hissəsi olacağı hələ məlum deyil. Maraqlıdır ki, 150W sürətli doldurma "OnePlus" və "OPPO"-nun ən son flaqmanlarında 80W sürətli doldurma iləistifadə etdiyi gücdən demək olar ki, iki dəfə çoxdur.

İndiyədək OPPO sürətli enerji doldurma texnologiyası üçün" SuperVOOC"-dan, "OnePlus" isə "Warp" texnologiyasından istifadə edirdi. Ancaq iki şirkət bir araya gəldikdən və "OnePlus" "OPPO"-nun alt brendinə çevrildikdən sonra "OnePlus Warp"dan istifadə etməyi dayandırdı.

Bu cür yüksək gərginlikli doldurma texnologiyası cihazın batareyasına mənfi təsirlərinin ola biləcəyindən narahat olan "OnePlus" bildirdiki, "Batareya Sağlamlığı Mühərriki" (BSA) texnologiyası sayəsində akkumulyator 150 Vt "SuperVOOC" ilə 1600-ə qədər yenidən enerji dolumdan sonra nominal tutumunun 80 faizini saxlamağa davam edir.

Şirkət yeni texnologiya üzərində işlərinə davam edir!

Növbəti hədəf isə 240Vt gücə sahib olan adaöterlə 9 dəqiqədə 4500mAh həcmli batareyanı tam doldurmaqdır.

Posted 
Mar 1, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All