O

reo, yadplanetlilərin Dünyaya gəlmə ehtimalına görə “xoş gəldiniz” hədiyyəsi’ hazırladı.

Keçən ilin sonunda ABŞ Konqresi, UFO-lara aid bütün gizli məlumatların 180 gün içində açıqlanması ilə bağlı qərar vermişdi. Verilen qərarla bərabər bu mövzu ilə bağlı sənədlər bu həftə yayımlandı. Amerika xalqının və mətbuatının gündəmini olduqca məşğul edən bu xəbər qarşısında “Oreo” bir addım atdı.

Əgər yadplanetlilər varsa və dünyaya gəlmək niyyətindədirlərsə onlar üçün ən yaxşı “xoş gəldin” hədiyyəsinin "Oreo" olacağını düşünən marka xüsusi sürpriz hazırladı. Əsasən yadplanetlilərlə əlaqələndirilən “crop circles” hazırlamaq üçün bu sahədə ən yaxşı sənətçilərdən olan Stan Herd ilə birgə çalışaraq, yadplanetli filmlərində də tez-tez rastlaşdığımız dairələri yaratdı. “Crop circles”ləri yadplanetlilər də asan bir şəkildə görə bilsin deyə uyğun bir yerdə olduğundan əmin olmaq üçün UFO mütəxəssislərindən dəstək aldı. Nəticədə məkan olaraq Kansasda paranormal hadisələrlə məşhur bir yolun kənarı seçildi. Layihənin detallarını müəyyən etmək üçün isə marka “Twitter”i istifadə edərək ən uyğun “Oreo” yemə təcrübəsi ilə bağlı səsvermə keçirdi.

Səsvermə nəticəsində “Double Stuffed Oreo”, tam yağlı süd və bu ikilini yemək üçün ən uyğun yer olaraq seçilən yataq otağı, Kansasdakı seçilmiş əraziyə yerləşdirildi.

Sənətçi Stan Herd deyir ki;

“Dünya xaricindən gələn canlıların, bizim çəkdiyimiz yadplanetlilərlə bağlı filmləri izləmiş olduğunu qəbul etsək, onların insanlara qarşı deyil, insanların onlara qarşı olan niyyətinə şübhə edərdim.” Filmlərdə aqressiv tərəfin hər zaman yadplanetlilər olduğunu düşünsək, yadplanetlilərin bizim onlarla bağlı fikirlərimiz mövzusunda nə düşünəcəyi bəllidir. “Oreo”un hazırladığı “xoş gəldiniz” hədiyyəsi isə bu imici qıraraq sülh yönümlü bir addım oldu.

“Birlikdə dünyanı qurtardıq…deyə düşünürük” şəklində bitən layihə sonrasında, yadplanetlilərə hədiyyə vermək istəyənlər üçün limitli sayda istehsal edilən xüsusi paketlər də satışa çıxarıldı.

"Oreo"dan yadplanetlilərə “Xoş Gəldiniz” Hədiyyəsi
Posted 
Jun 20, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All