INSPIRED BY ICELAND – MISSION: ICELAND

Kampaniyalarında mədəni tendensiyaları və cari hadisələri məsxərəyə qoyan “Inspired By Iceland” yeni kampaniyası “Mission: Iceland”də kosmik turizmi hədəfə alıb. Brend füsünkar mənzərələri, təzə yeməkləri və təbii isti vannaları ilə İslandiya səyahətinin kosmos səyahətindən daha yaxşı olduğu fikrini irəli sürür, unikal səyahət təcrübəsi üçün dünyadan kənara çıxmağınıza ehtiyac olmadığını vurğulayır. Brend kampaniyanın bir hissəsi olaraq kosmos turistləri arasında İslandiyanın alternativ səyahət yeri olaraq təqdimatı üçün kosmosa reklam lövhəsi də göndərib.

NIKE FC – FOOTBALLVERSE

FİFA Dünya Kuboku 2022 üçün yaratdığı “Footballverse” kampaniyasında “Nike” zaman və məkan sərhədlərini aşaraq dünənin əfsanələrini bu günün ulduzları ilə bir araya gətirir. Brendin 20 il əvvəl FİFA Dünya Kuboku 2002 üçün çəkdiyi ikonik “The Cage” kampaniyasını xatırladan “Footballverse” futbol azarkeşləri arasında hər zaman qızğın müzakirələrə səbəb olan suala cavab axtarır: bütün zamanların ən yaxşı futbolçusu kimdir? İdman geyimləri nəhəngi iddialı kampaniyası ilə futbolun gələcəyinin sonsuz potensialına olan inamı artırır və yeni nəsil oyunçuları özlərini sübut etməyə təşviq edir. Kampaniya çərçivəsində futbol həvəskarlarına “Roblox”dakı “Nikeland” adlı virtual dünyasında dostları ilə yarışa biləcəkləri “Footballverse” təcrübəsi təklif olunur.

PONYSAURUS BREW. COMP. – POINTS OF VIEW

“Ponysaurus” müxtəlif mövzularda söhbət başlatmaq üçün pizza qablarını çoxsaylı “nöqteyi-nəzər” ilə əhatə etməyə başlayıb və hər biri 90 sözdən ibarət olan 4 müxtəlif qutunu 360 dərəcə bəzəyərək yeni pizza qutusu istehsal edib. Bu mövzular təsadüfi müşahidələrdən və əyləncəli fikirlərdən tutmuş pop mədəniyyət anlayışlarına və insanların bir-biri ilə ünsiyyət qurması üçün məsləhətlərə qədər geniş spektri əhatə edir. Nümunələr arasında “Pivə yaxşıdır”, “Soyuq pivə ən yaxşısıdır”, “Məxmər çox yumşaqdır”, “L-M-N-O-P bir hərf olmalıdır”, “The Beatles > The Stones”, “Ölüm cəzası yanlışdır”, “İnsanlara pis rəftar etməyin” və “Qəribəlik yaxşıdır” kimi müxtəlif tövsiyələr yer alır.

LIBERO – THE DIRTIEST CUP

“Libero” futbol jurnalı Qətərin 2022-ci il Dünya Çempionatının ev sahibi seçilməsindəki korrupsiyanı mühakimə etmək məqsədilə “The Dirtiest Cup” kampaniyasına start verib. Kampaniya çərçivəsində rəssam Andrey Molodkin Qətərdən gətirilmiş neftlə Dünya Çempionatının dəqiq surətini yaradıb.

Posted 
Nov 26, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All