HEINZ – LVII MEANZ 57

Hər mövsümü rum rəqəmləri ilə təqdim edən “Super Bowl”un yaratdığı çaşqınlığı aradan qaldırmaq üçün “Heinz” bu il 57-ci dəfə keçirilən tədbirə həsr olunmuş "LVII Meanz 57" adlı ketçupunu satışa çıxarıb. Kampaniya çərçivəsində idman azarkeşlərinin səsini eşitdirmək məqsədilə rum rəqəmlərinin taleyini müəyyən etmək üçün internet saytında səsverməyə başlanılıb və səsvermədə iştirak edən 700 nəfərə məhdud sayda ketçup verilib. Brend həmçinin #LVIIMeanz57 həştəqindən istifadə edərək turnirin azarkeşlərini öz fikirlərini sosial mediada paylaşmağa dəvət edib.


TETA & TETA – CRYING BABY

Araşdırmada İspaniyada anaların 52%-nin körpələrini ictimai yerdə əmizdirməkdən çəkindiyini və 63,5%-nin ictimai yerdə əmizdirərkən mühakimə olunduğunu hiss etdiyini aşkar edən “Theta&Theta” bu insayta əsaslanaraq “Quien No Llora No Mama”nı yaradıb. Qeyri-kommersiya təşkilatı qanunvericilərin ictimai yerlərdə ana südü ilə qidalanmanı qoruyan qanunu qəbul etməsi məqsədilə Madriddə heç vaxt ağlamağı dayandırmayan bir körpə heykəli quraşdırıb.


CANAL+ – PAPA?

“Canal+” uzun müddətdir əsas tərəfdaşı olduğu Klermont Qısa Filmlər Festivalına dəstək məqsədilə “Papa?” ​​adlı qısametrajlı film çəkib. “Short format, big drama” ritorikası kampaniyanın çatdırmaq istədiyi əsas mesajdır.

CADBURY 5 STAR – MUSH DETECTOR

“Cadbury 5 Star” yeni kampaniyası “Mush Detector” ilə fevral ayında sevgi mövzularının aktuallaşmasından narahat olan subaylara kömək edir. Cütlüklərin yerini müəyyən edən “Mush Detector” adlı veb-tətbiq subaylara coşqun cütlüklərdən uzaqda sakit ərazilər tapmağa imkan verir. Bu kampaniya ilə brend “Heç bir şey etmə” (Do Nothing) fəlsəfəsini və mədəniyyətə qarşı münasibətini gücləndirir.

Posted 
Feb 12, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All