Bakıda yeni təhsil, liderlik və innovasiya mərkəzi qurulur.

PAŞA Holding və SOCAR İspaniyanın IE Universiteti ilə əməkdaşlıq edərək Bakıda Liderlik və İnnovasiya Mərkəzinin yaradılması barədə anlaşma imzalayıb. Layihə dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

Mərkəz liderlik bacarıqlarının inkişafı, innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmağı hədəfləyir. Eyni zamanda rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf kimi sahələrdə təhsil və tədqiqat proqramları həyata keçiriləcək.

Layihə çərçivəsində rəhbər kadrlar üçün xüsusi təhsil proqramları, beynəlxalq tədbirlər və peşəkar inkişaf imkanları nəzərdə tutulur. Təşəbbüs həmçinin ölkədə insan kapitalının gücləndirilməsi və qlobal şəbəkələşmənin genişləndirilməsini hədəfləyir. Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi isə dövlət dəstəyi verir

Posted 
Apr 29, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All