LatwoGang adlı YouTuber 9 gün davam edən fasiləsiz canlı yayım ilə 68 milyon dollardan çox vəsait toplayaraq xeyriyyə sahəsində yeni rekord müəyyən edib.

Yayım 24/7 formatında təşkil olunub və qısa müddətdə geniş auditoriyanın diqqətini cəlb edib. Layihəyə tanınmış polşalı musiqiçi Bedoes 2115 də qoşulub. Onun iştirakı izləyici sayının və ianələrin daha da artmasına təsir edib. Bu nəticə ilə əvvəlki 19.5 milyon dollarlıq tək canlı yayım rekordu böyük fərqlə geridə qalıb.

Toplanan vəsaitin əsas hissəsinin xeyriyyə məqsədləri üçün yönəldiləcəyi bildirilir. Layihə həm təşkilati baxımdan, həm də miqyasına görə sosial mediada həyata keçirilən ən iri təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Posted 
Apr 27, 2026
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All