Prezident Ilham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.

Tədbir zamanı Mərkəzi Bnakın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılmış iş şəraiti, texnoloji həllər və müasir idarəetmə infrastrukturu barədə ətraflı məlumat təqdim edib.

Yeni inzibati kompleks 35 mərtəbədən ibarətdir və təxminən 1300 əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub. Binada müxtəlif təyinatlı iş otaqları ilə yanaşı, 25 görüş otağı, konfrans zalı, mətbuat mərkəzi və digər inzibati sahələr yaradılıb. Kompleksin layihələndirilməsində enerji səmərəliliyi, təhlükəsizlik və rəqəmsal idarəetmə sistemlərinə xüsusi diqqət yetirildiyi bildirilir.

Açılış çərçivəsində Prezidentə Azərbaycanın milli pul nişanlarının tarixi inkişafını və dizayn xüsusiyyətlərini əks etdirən xüsusi sərgi də təqdim olunub. Sərgidə müxtəlif dövrlərdə dövriyyədə olmuş pul nişanları, onların hazırlanma prosesləri və mühafizə elementləri nümayiş etdirilib.

Hündürlüyü 163,8 metr olan bina ümumilikdə 35 min 737 kvadratmetr sahəni əhatə edir və paytaxtın ən diqqətçəkən müasir memarlıq layihələrindən biri hesab olunur. Layihənin müəllifi Avstriyanın məşhur memarlıq bürosu Coop Himmelb(l)au olub. Şirkət daha əvvəl Almaniyadakı European Central Bank Headquarters binasının memarlıq konsepsiyasını da hazırlayıb.

Posted 
Jun 3, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All