Rəqəmsal inkişaf üzrə 2026–2028 Fəaliyyət Planı təsdiqləndi.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Sənəd ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir.
Fəaliyyət planında nələr nəzərdə tutulur?
• Dövlət xidmətlərinə proaktiv modelə keçid
• Bütün xidmətlərin Mygov platforması üzərindən göstərilməsi
• Biznes xidmətlərinin Mygov Biznes üzərindən təqdim olunması
• “Yalnız bir dəfə” prinsipi ilə məlumatların toplanması• Vençur maliyyələşmə və kraudfandinq üçün hüquqi çərçivə
• “Mələk investor” institutunun təşviqi
• “Rəqəmsal səyyah” vizasının tətbiqi
• İKT, süni intellekt və informasiya təhlükəsizliyi üzrə kadr potensialının gücləndirilməsi
• Dövlət informasiya sistemlərinin “Hökumət buludu”na tam miqrasiyası
Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası-na tədbirlərin vaxtında və tam icrasını təmin etmək tövsiyə olunub.
Qurumlar Fəaliyyət Planının icrası ilə bağlı aylıq məlumatları hər növbəti ayın 10-dək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi-nə təqdim etməlidirlər.



