A

ylar əvvəl pulsuz olacağı deyilən və daha sonra rəsmi olaraq elan edilən PUBG: Battlegrounds bu gündən etibarən tamamilə pulsuzdur. Oyunu Steam-də pulsuz yükləmək mümkündür.

2017-ci ildən oynanan və ilk gündən oyun dünyasına tamamilə hakim olan "Playerunknown's Battlegrounds", adını “PUBG:Battlegrounds” ilə dəyişərək son aylarda həyəcan verici bir iddia ilə gündəmə gəldi. Oyunun istehsalçıları son həftələrdə populyarlığını itirməyə başlayan battle royale oyununu pulsuz edəcəklərini açıqlayıblar.

Bu açıqlamadan sonra gözlənilən gün gəldi və PUBG:Battlegrounds tamamilə pulsuz oyuna çevrildi. Oyun Steam-də “Free to Play” oldu və artıq minlərlə yeni oyunçuya ev sahibliyi edir.

 

PUBG: Battlegrounds-u pulsuz necə yükləmək olar?

Addım №1: Bu linkə klikləməklə oyunun Steam səhifəsinə daxil olun.

Addım №2: "Oyunu oyna" seçimini vurun.

Addım №3: Əgər Steam kompüterinizdə quraşdırılıbsa, "Bəli,Steam quraşdırılıb" və ya Steam-i yükləmək üçün "Xeyr,quraşdırılmayıb" düyməsini basın.

Addım №4: Açılan Steam pəncərəsində oyunu endirməyə başlayın.

Oyunun əvvəldən alandalara nələr təklif olunacaq?

"BATTLEGROUNDS Plus" adlı paket tezliklə PUBG:Battlegrounds-da əlçatan olacaq. 12,99 dollara alına bilən bu paket oyunçulara ranked oyun rejimi, karyera və medal nişanları, xüsusi uyğunlaşma rejimi və üzvlərə məxsus kosmetik əşyalar təqdim edəcək.

10 yanvar 2022-ci il tarixindən əvvəl oyunu alan bütün PUBG oyunçuları avtomatik olaraq "Xüsusi Xatirə Paketi" ilə mükafatlandırılacaq. Bu paketlə oyunçular BATTLEGROUND Plus paketi və müxtəlif kosmetik əşyalar alacaqlar.

Görək PUBG pulsuz olduqdan sonra populyarlığını nə dərəcədə qoruya biləcək.

Posted 
Jan 11, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All