Mobil əsaslı şuter oyunu “PUBG Mobile” bu ayın sonunda məşhur K-pop qrupu “Blackpink”in iştirak etdiyi ilk virtual konsertini keçirəcək.

Bir çox virtual konsertə ev sahibliyi etmiş “Fortnite” oyunundan fərqli olaraq “PUBG Mobile” bu tədbiri ilk dəfədir keçirir. 

“Tencent Games” platformasının mətbuat şərhində icraçı Vincent Wang “PUBG Mobile”ın "daim inkişaf edən dünyasını genişləndirdiyini" söyləyib. Bu, yəqin ki, oyunun bu cürə tədbirləri davam etdirəcəyinə bir işarədir.

İyulun 23-dən 24-dək, sonra isə 30-dan 31-dək oyunda bir sıra konsertlər keçiriləcək. Oyunçular iyulun 15-dən etibarən oyunda pulsuz biletlər əldə edə biləcəklər və həmçinin konsertə baxmaq üçün əvvəlcədən xüsusi tədbirlər paketini yükləməli olacaqlar.

Posted 
Jul 19, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All