R

usiya hökuməti Apple cihazlarının dövlət məmurları tərəfindən istifadəsinin qadağan edildiyini açıqlayıb. Federal Təhlükəsizlik Xidmətinin (FSB) verdiyi qərarla ölkədəki Apple məhsullarına məhdudiyyət qoyuldu. Bu qərar o deməkdir ki, Rusiya dövlət idarələrində iPhone-dan istifadə qadağan olunacaq.


Dövlət işçilərinə iPhone, iPad, Mac kimi məhsullardan iş üçün istifadə etməyi qadağan edən yeni qanun ABŞ-a qarşı kibertəhlükəsizlik addımı olaraq atılıb. FSB bildirib ki, “Apple” bu cihazlardakı danışıqlara nəzarət etmək üçün ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edib. Apple isə öz cihazlarının təhlükəsizliyini və istifadəçi məxfiliyini qorumağa sadiq olduğunu vurğulayıb. Qadağa yalnız hökumətlə əlaqəli biznesə şamil ediləcək. Başqa sözlə, dövlət işçiləri öz şəxsi işləri üçün Apple məhsullarından istifadə etməyə davam edə biləcəklər.

Posted 
Jul 17, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All