A

pple”, dünən həyata keçirdiyi “California Streaming” tədbiri ilə “iPhone 13” seriyası başda qalmaqla 9-cu nəsil “iPad”, “Apple Watch Series 7” kimi yeni məhsullarını elan etdi.

Təxminən 1 saat davam edən tədbir Tim Cookun açılış çıxışı ilə başladı və ardınca məhsullar təqdim edildi.
Tədbirin ən çox gözlənilən məhsulu təbii ki, “iPhone 13” seriyası idi. A15 Bionic çipi ilə gələn “iPhone 13” ailəsi (“iPhone 13”, “13 Mini”, “13 Pro” və “13 Pro Max”) artırılmış batareya ömrü, yaxşılaşdırılmış kamerası və 120 Hz ekran yeniləmə sürəti ilə diqqətləri öz üzərinə çəkdi.

CPU və GPU sürət artımı təqdim edən A15 Bionic çip, 5 nüvəli GPU ilə “iPhone 13 Pro”nun rəqibləri ilə müqayisədə 50%-ə qədər daha çox sürətli olmasını və yüksək performans göstərməsini təmin edir. Batareyasının ömrü də ən çox diqqət çəkən nüanslardan biridir. “iPhone 13 Pro” bir öncəki model “iPhone 12 Pro”a görə bir saat yarım, “iPhone 13 Pro Max” isə “iPhone 12 Pro Max”a görə iki saat yarım daha uzun enerji saxlama qabiliyyətinə malikdir. “13 Pro” ilə “13 Pro Max” modelləri 120 Hz OLED ekrana sahibkən, “iPhone 13” və “iPhone 13 mini” 60 Hz yeniləmə sürətinə malik ekranla gəlir.

Qarşınızda iPhone 13 Seriyası

Geniş kamera daha böyük sensoru sayəsində zəif işıqda belə yaxşı çəkiliş imkanı verir. Üç kameranın da gecə moduna sahib olması sayəsində bu çəkiliş keyfiyyətini artırır. Dizaynına görə bir öncəki modellə (“iPhone 12”) müqayisədə çox böyük fərqləri olmasa da gözə çarpan kiçik dəyişiklikləri var. “iPhone 5” modəlindəki kimi kəskin və bucaqlı çizgilər bu dəfə də ön plana çıxarkən, danışıq zamanı səsin gəldiyi yer isə bir qədər daha yuxarı qaldırılıb.

Qarşınızda iPhone 13 Seriyası

“Apple”, 2030-cu ilə qədər istehsalat, təchizat şəbəkəsi və məhsul yaşam döngüləri də daxil olmaqla bütün çalışmalarında iqlim üzərindəki təsirinin tamamilə sıfır olmasını planlayır. 2025-ci ilə qədər isə bütün qablaşdırmalarında plastikdən istifadəsini tamamilə sıfıra endirməyi hədəfləyir. Bu hədəfləri çərçivəsində batareya idarə şöbəsində 100% təkrar emal edilmiş qalay istifadəsi daxil olmaq üzrə məhsulların təbiət üzərindəki təsiri minimum endirəcək şəkildə dizayn edilib.

Qarşınızda iPhone 13 Seriyası

“iPhone 13” Amerika qiymətləti 799 dollardan, “iPhone 13 Pro” isə 999 dollardan başlayır. Azərbaycandakı qiymətləti isə hələ ki, məlum deyil.

Tədbiri aşağıdakı videodan izləyə bilərsiniz.

Posted 
Sep 15, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All