3

iyun 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və beynəlxalq oyun şirkəti olan “Xsolla”nın nümayəndələri arasında görüş baş tutub.

"Game Summit" çərçivəsində Bakıda səfərdə olan “Xsolla” heyəti Azərbaycanın oyun sənayəsi ilə bağlı tanışlığını və ilkin təəssüratlarını bölüşüb. Eyni zamanda yerli oyun tərtibatçıları ilə qurulacaq potensial əməkdaşlıq formatları müzakirə olunub. Bildirilib ki, bu əməkdaşlıqlar inkişaf etməkdə olan yerli oyun ekosistemini dəstəkləmək və qlobal bazara çıxışı təmin etmək istiqamətində mühüm töhfə verəcək.

Baş ofisi Kaliforniyada yerləşən “Xsolla” beynəlxalq bazarda ödəniş, distribusiya və onlayn oyunları dəstəkləmə həlləri təklif edən qlobal şirkətdir. Videooyun yayımçılarını və tərtibatçılarını öz platformasında bir araya gətirən şirkətin missiyası onların müxtəlif ehtiyaclarını dəstəkləyən hərtərəfli platforma təklif edərək oyun təcrübəsini artırmaqdır.

Qeyd edək ki, Xsolla  "Smite", "Steam", “Phoenix Labs” “Roblox” kimi sənaye nəhəngləri ilə əhəmiyyətli qlobal tərəfdaşlıqlar qurub. Şirkətin Almaniya, Cənubi Koreya və Çində nümayəndəlikləri mövcuddur .

Posted 
Jun 5, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All