Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradıldı.

Mehriban Əliyeva sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Prezident İlham Əliyev rəqəmsallaşma, elektron hökumət və süni intellekt sahəsində fəaliyyətin gücləndirilməsi üçün müvafiq fərman imzalayıb.

Şuranın tərkibinə rəqəmsal inkişaf, iqtisadiyyat, maliyyə, ədliyyə, elm və təhsil sahələrini təmsil edən dövlət qurumlarının rəhbərləri daxildir. Buraya həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikası Dövlət Neft Fondu da daxildir.

Şura rəqəmsal inkişaf layihələrinin icrasına nəzarət edəcək, dövlət orqanları arasında koordinasiyanı təmin edəcək və beynəlxalq ekspertləri proseslərə cəlb edə biləcək. Hər il görülən işlər barədə Prezidentə hesabat təqdim olunacaq.

Posted 
Feb 27, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All