Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrail arasında süni intellekt əməkdaşlığı imzalanıb.
İsrailə səfər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İsrail Baş Nazirinin Aparatının Milli Süni İntellekt Direktorluğu arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib. Tərəflər sənədin gələcək icra mexanizmlərini müzakirə edib.

Görüş zamanı kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.



