Dünya brendlərindən Rusiyaya sanksiyalar gəlməyə davam edir. Bu dəfə texnologiya nəhəngi "Apple" bu sanksiyalara qoşulub.

"Apple" rəsmi onlayn mağazasının istifadəsini dayandırıb.

Apple Store hal-hazırda fəaliyyət göstərmir.

Apple-ın Rusiya saytından iPhone, iPad və Mac kompüterləri kimi məhsullar sifariş etmək istəyən istifadəçilərə "Apple Store hal-hazırda fəaliyyət göstərmir" mesajı verildi.

Apple-ın Rusiyada rəsmi mağazaları olmasa da, onun cihazları üçüncü tərəf satıcıları vasitəsilə geniş şəkildə satılır. Apple jurnalistlərə bildirib ki, ötən həftədən etibarən “Ölkədəki satış kanalımıza bütün ixracı dayandırmışıq”. Bu isə Rusiya şəhərlərindəki mağazalarda "iPhone"lar tezliklə tükənəcək.

Apple həmçinin açıqlamasında bildirib ki, Rusiya dövlətinin nəzarətində olan xəbər agentlikləri RT və Sputnik-in Rusiyadan başqa bütün ölkələrdə tətbiq mağazasında istifadəsi qadağan edilib.

Mixayıl Federovun Tim Kuka yazdığı tvitdə "Apple"ın da sanksiyalara qatılmasını, Rusiyada fəailiyyətini dayandırmısanı istəmişdi.


Apple Pay fəaliyyətini dayandırdır

Sanksiyaların ardı kəsilmir. Rəsmi məlumatlara əsasən bu bankların kartları artıq "Apple Pay" dəstəkləməyəcək. Ölkənin ən böyük banklarına dəstəyini kəsən "Apple" beləliklə öz ödəniş sistemini Rusiya istifadəçiləri üçün dayandırıb. Həmin bankların siyahısı:

  • VTB Group
  • Sovcombank
  • Novikombank
  • Promsvyazbank
  • Otkritie
Posted 
Mar 2, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All