Facebook və Instagram Kanadada xəbərləri bloklamağa başlayıb

All news in Canada will be removed from Facebook, Instagram within weeks:  Meta | 620 CKRM The Voice of Saskatchewan

Meta Kanadadakı istifadəçilərin Facebook və Instagram-da bütün xəbər məzmunlarını bloklamağa başladı. Məhdudiyyətin yaxın bir neçə həftə ərzində bütün istifadəçilərə gələcəyi gözlənilir. Bu dəyişikliyin ölkənin "Onlayn Xəbərlər Aktı"na cavab olaraq edildiyi bildirilib. Bu qanun Meta və Google kimi texnoloji şirkətlərdən xəbər məzmunu üçün naşirlərlə danışıqlar aparmağı və ödəniş etməyi tələb edir.

Fiat ikonik boz rəngi ilə vidalaşır: Yeni rənglərə salam!

 

Fiat says goodbye to grey | Famous Campaigns

Leo Burnett Italia və Fiat "Operation No Grey" kampaniyası ilə boz avtomobillərin istehsalını dayandırmaq qərarını elan etmək üçün bir araya gəlib. Kampaniyada brendin baş direktoru Olivier Francois-in sükan arxasına əyləşməsi və narıncı boya qutusundan çıxan Fiat 600-ün rəngli nümayişi əks olunub.

Microsoft Teams daha immersiv konfrans zəngləri üçün məkan audio səs texnologiyasını istifadəyə verir

Download desktop and mobile apps | Microsoft Teams

“Teams Spatial Audio" istifadəçilərin kimin danışdığını izləməyi asanlaşdırmaq və daha yaxşı başa düşmək üçün əlverişli şərait yaradır. Xüsusiyyəti bir neçə ay sınaqdan keçirdikdən sonra Microsoft Windows macOS-da Teams masaüstü proqramı üçün məkan səsini geniş şəkildə təqdim etdi. Apple-ın FaceTime-da etdiyi kimi, Microsoft-un məkan audio tətbiqi zəngdə olan hər kəsin səsinin daha çox yayılmasına və səs keyfiyyətini daha da yaxşılaşdırmasına imkan verir.

Voyager 2 kosmik gəmisindən ilk siqnal gəlib

NASA is keeping Voyager 2 going until at least 2026 by tapping into backup  power : NPR

Dünən NASA-nın 1977-ci ildə kosmosa göndərilən Voyager 2 kosmik gəmisindən siqnal ala bilmədiyini qeyd etmişdik. Yaranan problemlə bağlı Voyager 2 əmrləri qəbul etməyi dayandırdı və məlumatların Yerə ötürülməsində problemlər yaşandı. Kosmik agentlik Voyager 2-dən əlaqəni itirdikdən sonra yenidən siqnal ala bildiyini açıqlayıb.

Apple təsisçiləri Steve Jobs və ortağı Steve Wozniak-ın imzaladığı çek hərraca çıxarılıb

Steve Jobs imzalı çek açık artırmaya çıkarıldı

Bu çeki xüsusi edən onun, Apple tarixindəki 2 nömrəli çek olmasıdır. Bu çekə "çek" kimi baxıldığında heç bir əhəmiyyəti yoxdur. Bununla belə, Steve Jobs-un xatirəsinə görə, buna olduqca maraq göstərən şəxslər olub. Avqustun 25-dək davam edəcək hərraca artıq on minlərlə dollar təklif gəlib.

OpenAI "ChatGPT-5" patenti üçün müraciət edib 

This is Why GPT 5 Will Change The World (CHAT GPT 5) - YouTube

Qısa müddətdə maraqları öz üzərinə çəkməyi bacaran ChatGPT son zamanlar rəqiblərinin artmasına görə arxa plana keçmək riski ilə üzləşir. ChatGPT-4 yüksək qiymətləndirilsə də, şirkət bu sahənin ən yaxşısı olmaq istəyir. Bununla belə, OpenAI-ın ChatGPT-5 üçün patentə müraciət etdiyi bildirilib.

Kapital Bank loqosunu dəyişib

Kapital Bank - Birinci Bank | Bütün Bank Xidmətləri

Azərbaycanın birinci bankı olan Kapital Bank öz loqotipini dəyişib. Yeni loqo müasir dizayn standartlarına uyğun olaraq hazırlanıb. Dəyişikliyin bankın bütün fəaliyyət sahələrində (filial və bankomat şəbəkəsi, rəqəmsal platformalar və s.) mərhələli şəkildə tətbiq olunması nəzərdə tutulub.

Rusiyanın "Wildberries" onlayn pərakəndə satış xidməti Azərbaycanda fəaliyyətə başlayıb

Demand for Uzbekistan's products on Wildberries grows nearly 1.6 times —  Daryo News

Milyonlarla çeşidi olan onlayn pərakəndə satış şirkəti "Wilberries" Azərbaycan istifadəçiləri üçün əlçatan olub. Şirkət Azərbaycan bazarına daxil olaraq biznesin inkişafı üzrə fəaliyyətinin burada sürətlə davam etməsini planlaşdırır. Fəaliyyətə başlaması ilə birgə, Azərbaycan Wildberries-in fəaliyyət göstərdiyi 8-ci ölkə olub.

Posted 
Aug 2, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All