Moskvada şahmat robotu turnir zamanı oğlanın barmağını sındırıb.
“Chessrobot” xüsusi olaraq şahmat oynamaq üçün yaradılmış robotdur. Yaradıcıların sözlərinə görə, o, süni intellektlə təchiz edilib və eyni anda üç oyun oynaya bilir.
İyulun 19-da o, gənc istedadlarla, o cümlədən Moskvanın 9 yaşa qədər ən güclü 30 şahmatçısından biri olan 7 yaşlı Kristoferlə üç görüş keçirib.
Hadisə belə baş verir:
Robot öz növbəsində oğlanın daşını vurur və özününkini yerinə qoymağa çalışır, lakin bu əsnada Kristofer bir az tələsib, geriyə hərəkət edir. Robotsa belə tələsikliyi sevmir - o, uşağın şəhadət barmağını tutub və bərk sıxıb.
Ətrafdakılar köməyə tələsərək gənc oyunçunun barmağını çıxarsalar da, barmağın sınmasının qarşısını almaq mümkün olmayıb.
Daha çox
Texnologiya
kateqoriyasından
View All