OpenAI CEO-su Sam Altman-ın evi 2 günə 2 dəfə hədəf alındı.
Sam Altman-ın San Francisco şəhərində yerləşən evi bazar günü səhər saatlarında silahlı hücuma məruz qalıb. Polis məlumatına görə, avtomobildən evə doğru atəş açılıb. Bundan iki gün əvvəl isə eyni ünvana başqa bir hücum baş verib. 20 yaşlı şəxs evə Molotov kokteyli atmaqda ittiham olunur. Hadisə ilə bağlı iki nəfər saxlanılıb və ehtiyatsız atəş açma ittihamı ilə məsuliyyətə cəlb olunub. Hər iki insident zamanı xəsarət alan olmayıb.

Sam Altman hadisə ilə bağlı şəxsi bloqunda baş verən hücumları süni intellekt ətrafında artan ictimai gərginlik və aqressiv müzakirə mühiti ilə əlaqələndirib. O, AI barədə danışığın daha sakit və balanslı olmasının vacibliyini vurğulayıb, bu cür ritorikanın real həyatda arzuolunmaz nəticələrə səbəb ola biləcəyinə diqqət çəkib və ümumilikdə texnologiya mövzusunda daha az gərgin, daha konstruktiv debat çağırışı edib.



