Samsung, təxminən 3 min dollarlıq Galaxy Z TriFold modelini cəmi bir neçə aydan sonra mərhələli şəkildə satışdan çıxarır.
Şirkət əvvəlcə cihazın satışını Cənubi Koreyada dayandıracaq, sonra isə ABŞ-də mövcud ehtiyatlar bitdikdən sonra satış tam bitəcək.
Məlumata görə, bu model daimi məhsul kimi yox, Samsung-un üçqat qatlanan telefon texnologiyasını göstərən vitrin cihazı kimi hazırlanıb.
Galaxy Z TriFold nə ilə yadda qaldı?
Qiyməti, təxminən, 2 899 dollar idi, bazarda cəmi 2–3 ay qaldı və Samsung-un ilk üçqat qatlanan telefonu idi. Model tam açıldıqda 10 düymlük ekran təqdim edirdi və aha çox texnologiya nümayişi üçün hazırlanmışdı. İstehsalı mürəkkəb və baha olduğuna görə kütləvi satış üçün uyğun sayılmadı.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



