Samsung Barselonada keçirilən Mobile World Congress 2026 sərgisində sürüşdürülə bilən ekranlı yeni konsept smartfonunu nümayiş etdirib.
Qurğuda ekran yuxarı doğru sürüşdürülərək böyüyür. Panel 5.1 düymdən 6.7 düymə qədər genişlənir və 1.080 × 2.640 FHD+ təsvir ölçüsü, 426 ppi piksel sıxlığı təqdim edir.

Şirkət son illərdə Samsung Galaxy Z Flip kimi qatlanan modellərlə bazarda mövqeyini gücləndirsə də, yeni konsept qatlama mexanizmi olmadan böyüyən ekran alternativi təklif edir. Konsept mərhələsində olan cihazın kommersiya məhsuluna çevrilib-çevrilməyəcəyi hələlik açıqlanmayıb.
Daha çox
Texnologiya
kateqoriyasından
View All



