C

ənubi Koreyanın texnologiya nəhəngi “Samsung” uzun müddətdir ki, 10 avqust tarixində həyata keçirəcəyi “Galaxy Unpacked” tədbiri ilə gündəmdədir. Şirkət bu tədbir çərçivəsində “Galaxy Z Flip4” və “Galaxy Z Fold4” adlı qatlana bilən ekranlı smartfonları ilə yanaşı, “Galaxy Watch 5” smart saatlarını da təqdim edəcək.

Xüsusilə də “Galaxy Z Flip4” smartfonu detalları ilə təəccübləndirir. Belə ki, “Samsung” bu smartfonda düz 71 rəng alternativi təqdim edir. Bu rəng alternativləri əslində müxtəlif rənglərin birləşməsidir. Belə ki, smartfonun çərçivəsinin rəngi belə özəlləşdirilə biləcək. Qara, gümüşü və qızılı çərçivələrlə buraxılacaq “Samsung Galaxy Z Flip4” smartfonunun gövdəsi yaşıl, tünd göy, bənövşəyi və sarı rənglərdə təqdim olunacaq. İstehlakçılar həmçinin qatlana bilən gövdənin hər iki yarısını fərqli rənglərdə seçə biləcəklər. Bu smartfon 128GB və 256GB yaddaş alternativləri ilə satışa çıxacaq.

“Galaxy Z Fold4”ün isə 3 fərqli rəng alternativinə (bej, boz/yaşıl və qara) sahib olacağı açıqlanıb. İstehlakçılar “Galaxy Z Fold4”ü 256GB və 512GB yaddaş alternativləri ilə əldə edə biləcəklər. 512 GB-lıq versiyanın bəzi ölkələrə özəl olaraq istehsal edilə biləcəyi qeyd edilib. Bu ağıllı telefonun 1 TB-lıq versiyasının da satışa təqdim ediləcəyi ilə bağlı şayiələr yayılıb, lakin saytda bununla bağlı rəsmi məlumat yoxdur.

“Samsung Galaxy Watch 5” seriyasının rəng və xüsusiyyətləri də artıq hər kəsə məlumdur. Əldə olunan məlumatlara görə saatın sadə versiyası 40 mm və 45 mm ölçülərdə satılacaq. Hər 2 ölçünün mavi, qızılı, qrafit və gümüşü rəng alternativləri olmaqla yanaşı, “Bluetooth” və “LTE” dəstəkli olacağı açıqlanıb. Pro model isə yalnız 45 mm ölçüdə, qara və titan rənglərdə satışa çıxacaq.

Posted 
Aug 2, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All