R

Ralph adlı bir sınaq dovşanının gündəlik həyatından bəhs edən qısametrajlı film Humane Society International (HSI) tərəfindən hazırlanıb.

Bu animasiya filmində Taika Waititi, Ricky Gervais, Zac Efron, Olivia Munn, Pom Klementieff, Rodrigo Santoro, Tricia Helfer kimi bir çox ulduzların əməyi keçmişdir.

Ralph, Oscar mükafatçısı Taika Waititi tərəfindən səsləndirilib. HSI həyata keçirdiyi #SaveRalph kampaniyası ilə tək dovşanların deyil bütün sınaq heyvanlarının səsi olmağa çalışıb. Eyni zamanda insanları da bu məhsullardan istifadə etməməyə səsləyib.

https://hsi.global/SaveRalph

Bu filmdə dovşan təcrübələrdə başına gələnlər və eyni zamanda ətrafındakı dovşanların da başına gələnlər haqqında danışır. Gündəlik həyatını yaşarkən anidən insan əli tərəfindən sınaq laboratoriyasına gətirilərək cihaza bağlanır və o dəhşətli sınaqlar onun üzərində həyata keçirilməyə başlanır. Filmin sonunda isə ‘‘Gözəllik uğruna heç bir heyvan əziyyət çəkərək ölməməlidir.’’ sloqanı yazılır.

Aşağıdakı video ilə üzərində sınaqlar aparılan heyvanların həyatını bir neçə dəqiqəlik də olsa dovşan Ralphin gözündən görə bilərsiniz.

Posted 
Apr 15, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All