SEPAH Yaxın Şərqdə ABŞ texnologiya şirkətlərini hədəf alacağını bildirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə fəaliyyət göstərən bir sıra iri ABŞ şirkətlərini hədəfə ala biləcəyini açıqlayıb. Rəsmi bəyanatda Apple, Microsoft, Google, Meta, HP, Intel, IBM, Nvidia, Oracle və Tesla kimi şirkətlərin adları çəkilib.
SEPAH bu şirkətləri ABŞ və İsrailin hücumlarında texnoloji dəstək verməkdə ittiham edib və əməkdaşlara iş yerlərini dərhal tərk etməyi tövsiyə edib. Bəyanata görə, mümkün hücumların 1 aprel saat 20:00-dan (Tehran vaxtı) etibarən başlaya biləcəyi bildirilib. Bu təhdid regionda texnologiya ofisləri, data mərkəzləri və AI infrastrukturuna yönələn riskləri yenidən gündəmə gətirib. Xüsusilə BƏƏ və Körfəz ölkələrində son illərdə artan süni intellekt investisiyaları fonunda bu xəbər bazarda narahatlıq yaradıb.



