Şeyxülislam şəriətdə süni intellekt məsələsinə diqqət çəkib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə şəriətdə süni intellektlə bağlı məsələlərə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.
O, süni intellektin sürətli inkişafı fonunda bu texnologiya ilə bağlı ortaya çıxan məsələlərin dini baxımdan müzakirə edilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Paşazadə AI ilə bağlı məsələlərin daha geniş şəkildə müzakirəsi üçün müftilərin xüsusi görüşünün keçirilməsini təklif edib.
Qazaxıstanın din xadimi Naurızbay Tağanulı da çıxışında süni intellektdən əldə olunan məlumatlarla düzgün davranılmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, xüsusilə gənclərin süni intellektdən istifadə zamanı düzgün istiqamətləndirilməsi mühüm məsələlərdən biridir.
Çıxışlarda süni intellektin cəmiyyətin müxtəlif sahələrinə sürətlə daxil olması fonunda texnologiyanın yaratdığı yeni məsələlərin müzakirə edilməsinin zəruriliyi vurğulanıb.



