“Snapchat” ödənişli abunəlik üçün daxili testlər həyata keçirir.

Sosial media platformasının mətbuat katibi Liz Markman bu barədə bildirib ki, "Snapchat Plus" adlanan yeni plan sayəsində istifadəçilər yeniliklərə əvvəlcədən giriş əldə edəcək və bununla yanaşı, bir çox üstünlüklərə sahib olacaq.

Tətbiq araşdırmaçısı Alessandro Paluzzinin “Twitter”də paylaşdığı skrinşotlara əsasən, “Snapchat” yaxın dostları #1 BFF siyahısına almaq, platformanın ikonunu dəyişmək və kimlərin hekayələrinizi yenidən izlədiyini bilmək kimi funksiyaları sınaqdan keçirir. 

Paluzzi bildirib ki, “Snapchat Plus” abunəliyi üçün hazırda ödəniş aylıq 4.59 avro (təxminən 9 manat), illik isə 45.99 avro (təxminən 83 manat) kimi hesablanıb. Qiymətlərin sonradan dəyişilməsi gözləniləndir.

Posted 
Jun 23, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All