BŞ 50 ildən sonra ilk dəfə Aya kosmos vasitəsi göndərib. Uğurlu olarsa, tarixdə bir ilk olacaq!
ABŞ-də bir sıra özəl şirkətlər tərəfindən hazırlanmış "Vulcan" adlı raket uğurla buraxılıb. Missiya uğurla başa çatarsa, özəl şirkət tarixdə ilk dəfə Aya yumşaq eniş edəcək.
ABŞ kosmosa səyahət üçün yeni dövrə başlayıb. Görülən işlər nəticəsində 50 ildən sonra Aya yumşaq eniş edəcək raket buraxılıb. “Boeing” və “Lockheed Martin” şirkətləri ilə birgə təşkil olunan “Vulcan” raketi, əgər hər şey yaxşı olarsa, fevralın 23-də Aya enəcək.
ABŞ-ın Aya səyahəti çox önəmlidir. Çünki bu layihəni tamamilə özəl şirkətlər öz üzərinə götürüb. Uğurlu eniş, tarixdə ilk dəfə özəl şirkət tərəfindən Ayın səthinə yumşaq enişin edildiyini qeyd edəcək. Təbii ki, hər şey bununla bitmir. Uğurlu eniş "SpaceX"ə rəqib olan şirkətin özünü sübut edəcəyi mənasına gələcək.
Qeyd edək ki, "Vulcan"ın mühərrikləri Jeff Bezosun kosmik nəqliyyat şirkəti olan "Blue Origin" tərəfindən istehsal edilib.