S

potify, yeni bir abunəlik paketi test etməyə başladı. “Spotify Plus” adını alan bu xidmət, Premium seçiminə görə daha münasib qiymətli olacaq.

Spotify”da, Premium abunəliyinə ödəniş etmək istəmədiyi üçün tətbiqi pulsuz istifadə edən çox istifadəçi var. Bu istifadəçilər üçün “Spotify Plus” olaraq adlandırdığı yeni abunəlik sistemini elan edən tətbiq, daha münasib qiymətə bəzi limitləri aradan qaldırır. Premium kimi çox imkanlara sahib olmasa da, “Spotify Plus”, pulsuz və Premium seçimlərinin tam ortasında bir yerdə olacaq. Plus abunələri pulsuz istifadəçilərin əksinə istədikləri qədər mahnı keçə bilmə haqqına sahib olsalar da, reklam görməyə davam edəcəklər.
Hələlik limitli bir kütlənin test etdiyi “Spotify Plus” paketinin təxmini 0.99 dollara satılacağı nəzərdə tutulub. “Spotify Plus”da keçə bilmə limiti aradan qalxmaqla bərabər, istifadəçilər istənilən siyahıdan istənilən mahnını seçib qulaq asa biləcək. Yəni albom və siyahıların yönləndirmələrinə bağlı qalmaq məcburiyyətində olmayacaqlar. Bununla bərabər Premium istifadəçilərinin əksinə Plus abunələri reklam eşitməyə davam edəcək.

İsveç mərkəzli şirkətin sözcüsü bu mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, ““Spotify” Plus üzərində yenilənmə prosesi hələ davam edir. Hazırda limitli sayda istifadəçilərimizlə bu reklam dəstəkli abunəliyi test etmə mərhələsindəyik”.

Yeni funksiyaların lansmanından öncə bəzən bir neçə il boyunca özəlliyi sadəcə test edən şirkət, “Spotify Plus”ın lansman tarixi ilə əlaqədar da hələ ki, bir açıqlama etməyib.

“Spotify” Büdcə Dostu Yeni Paketinin Testlərinə Başladı
“Spotify” Büdcə Dostu Yeni Paketinin Testlərinə Başladı
Posted 
Aug 6, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All