S

on zamanlar durmadan sayı artmaqda olan karqo şirkətlərinin arasında ən çox tanınanlardan birisi də “Starex”dir. “Starex.az” Respublikamızın qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə ölkədaxili və beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. 3 ildir ki, fəaliyyət göstərən şirkət son zamanlar filial şəbəkəsini genişləndirməklə bərabər, imicini, fəaliyyəti prinsipini, xidmətlərini də tamamilə yenilədi. Markada ən çox gözəçarpan dəyişiklik loqosunda və sloqanında olan dəyişiklikdir. Əvvəlki, loqosuna nisbətən daha sadə dizaynıyla qarşımıza çıxan marka, rənk tonlarında da dəyişiklik edib. Digər maraqlı dəyişiklik isə yeni “Sizə xoş gələcək” sloqanıdır.

“Starex” çatdırılma zamanı qarşılaşılan bütün narazılıqlara əsasən xidmətlərində və fəaliyyətində də dəyişikliklərin olduğunu elan edib. Rəsmi veb saytlarından əldə edilən məlumata əsasən fəaliyyətlərində aşağıdakı şəkildə yeniliklər mövcuddur.

  • Türkiyəyə geri qaytarılma aktivləşdirilib.
  • Emanat vasitəsi ilə TL balansını artırmaq mümkündür
  • Bağlama yerli anbara gəlmədən kuryer sifariş etmək mümkündür.
  • Türkiyədən həftənin 6 günü göndərilmə həyata keçirilir.
Posted 
Oct 12, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All