Azərbaycanda startap və vençur investisiyaları ilə bağlı yeni qanun qüvvəyə minib.

Prezident İlham Əliyev startap ekosistemi, vençur investisiyaları və korporativ idarəetmə sahəsində mühüm yenilikləri nəzərdə tutan qanun dəyişikliklərini təsdiqləyib. Yeni qanunla Azərbaycanda ilk dəfə olaraq beynəlxalq startap və vençur kapitalı bazarında geniş istifadə olunan bir sıra hüquqi mexanizmlər qanunvericilikdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, şirkətlər əməkdaşlarını uzunmüddətli motivasiya etmək məqsədilə onlara müəyyən şərtlərlə pay və ya səhm təqdim edə biləcək. Eyni zamanda, investorlar və təsisçilər arasında korporativ münasibətləri tənzimləyən xüsusi müqavilələrin bağlanması, həmçinin Tag-along, Drag-alongROFR (Right of First Refusal) kimi vençur investisiyalarında geniş tətbiq olunan hüquqların istifadəsi mümkün olacaq. Bu mexanizmlər investorların və təsisçilərin hüquqlarının daha aydın şəkildə qorunmasına xidmət edir.

Qanun həmçinin beynəlxalq startap ekosistemində geniş yayılmış SAFE (Simple Agreement for Future Equity)konvertasiya olunan borc (Convertible Note) kimi investisiya alətlərinin tətbiqi üçün hüquqi baza yaradır. Bununla yanaşı, Azərbaycan investorlarının xarici startaplara investisiya qoyması və yerli startapların beynəlxalq investorlardan maliyyə cəlb etməsi istiqamətində hüquqi imkanlar genişləndirilir.

Yeni dəyişikliklərin əsas məqsədi ölkədə innovasiya mühitini gücləndirmək, startapların maliyyəyə çıxışını asanlaşdırmaq, vençur kapitalı bazarının inkişafını sürətləndirmək və Azərbaycanı regionda daha cəlbedici texnologiya və investisiya mərkəzlərindən birinə çevirməkdir. Ekspertlərin fikrincə, bu islahatlar yerli sahibkarlar, investorlar və texnologiya şirkətləri üçün daha çevik və beynəlxalq standartlara uyğun hüquqi mühit formalaşdıracaq.

Posted 
Jul 27, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All