Bakı Ekspo Mərkəzində 17–19 noyabr tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən STEAM Azərbaycan Festivalı (SAF) gənclərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrində yaradıcılıq bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Festival ilk dəfə 2021-ci ildə təşkil olunub və 2025-ci ildə artıq beşinci dəfə keçirilir.
SAF layihəsi tərəfindən həm yerli, həm də beynəlxalq tələbə və mütəxəssisləri bir araya gətirərək innovativ layihələr, rəqabətli yarışlar və “21-ci əsr” bacarıqlarının ortaya çıxmasına şərait yaradır.
Daha çox
Daily
kateqoriyasından
View All



