S

tiv Cobsun avtoqraf istəyini rədd etmək məqsədilə imzaladığı məktub təxminən 500 min dollara satılıb

“Apple”ın həmtəsisçisi Stiv Cobs 11 may 1983-cü ildə avtoqraf almaq məqsədilə ona məktub yazan pərəstişkarına belə cavab verib: “Yazdığına görə qürur hissi keçirdim, amma təəssüf ki, mən avtoqraf vermirəm”. Qəribəsi odur ki, Cobs cavabının sonuna “Hörmətlə” yazaraq öz imzasını əlavə edib. Bu məktub insanlarda gülüş doğurub və hərracda nə az, nə çox düz 479.938 dollara satılıb.

Məktubu “RR Auction” hərrac evi açıq auksionda satışa çıxarıb. Hərrac evi ötən günlərdə yenə Cobs tərəfindən imzalanan “Apple II” kompüterin 196 səhifəlik istifadə kitabçasını açıq auksionda 788 min dollara sata bilib.

Posted 
Aug 27, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All