Super Bowl nədir?

“Super Bowl” Amerika futbol liqası olan Milli Futbol Liqası (NFL) tərəfindən hər il ABŞ-da keçirilən çempionat oyunudur. “Super Kubok”da Milli Futbol Konfransının (NFC) çempionu ilə Amerika Futbol Konfransının (AFC) çempionu üz-üzə gəlir. Super Bowl matçlarını göstərmək üçün oynandığı il əvəzinə, rum rəqəmləri istifadə edilir. Bu matçla ötən ilin yayında başlayan mövsüm başa çatmış olur.

Qalib kim oldu?

Bu il 56-cı dəfə keçirilən mübarizədə Milli Futbol Konfransının (NFC) çempionu “Los Angeles Rams” komandası olub. “Los Angeles Rams”ın doğma meydanı “SoFi Stadium” arenasında keçirilən matçda “Rams”“Cincinnati Bengals” komandasına 23-20 hesabı ilə qalib gəlib. Beləliklə, “Rams” 1999-cu ildən sonra ilk “Super Bowl” titulunu qazanıb.


Üstəlik, bu nəticə ilə ard-arda 2 il “Super Kubok”da çıxış edən komanda çempion olub.

“Super Bowl Halftime Show 2022”də nələr oldu?

Matçın fasiləsində keçirilən ənənəvi “Halftime Show”da dünyanın bir çox məşhur şirkətləri yüksək büdcəli reklam çarxlarını izləyicilərə təqdim edirlər. Bu gün təntənəli şəkildə qeyd olunur. Builki “Halftime Show”da Eminem, Snoop Dogg, Dr. Dre, Kendrick Lamar, 50 Cent və Mary J. Blige ən hit mahnılarını ifa ediblər.

Gəlin sizi “Super Bowl Halftime Show” ilə baş-başa buraxaq.

Tam hissəni bu linkdən izləyin.

Posted 
Feb 16, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All