T

əəssüf ki, hər gün smartfonlarımızı enerji ilə təmin etməliyik. Nəzərə alsaq ki, işlərimizin çox hissəsini smartfonlarımızla görürük, belə olduqda bir gün bizə ancaq yetir. Bu səbəbdən bir çoxlarımız telefonlarımızı enerjidə tutaraq, istifadə etməli oluruq. Bəs telefon yükləmədə olarkən istifadə etmək zərərlidir?

Telefonu gecə saatlarında yükləməyə qoşmaqla və ya enerji yığarkən istifadə etməklə bağlı çoxlu şayiələrlə üzləşsək də, yeni nəsil telefonlar bu baxımdan heç bir təhlükə yaratmır. Ümumiyyətlə, enerji yığarkən yeni nəsil smartfonlardan istifadənin heç bir təhlükəsi yoxdur. İlk növbədə telefonumuzu enerji ilə doldurarkən istifadə ediriksə, bu zaman avtomatik olaraq yükləmə müddəti uzanır. Haqlı olaraq bu prosesdə toplanan enerji telefonu doldurmaq əvəzinə, əməliyyatları gücləndirmək üçün istifadə olunur ki, bu da yükləmə müddətinə əhəmiyyətli dərəcədə təsir edir. 

iphone usb-c

Yükləmədə olarkən telefonun sürətini azaldan proqramlardan qaçaq

Is It Safe to Use Your Phone While it's Charging? - Dignited

Yükləmə zamanı smartfonlar müəyyən temperaturda olmalıdır. Lakin yükləmə zamanı normadan çox oyun oynasaq, bu zaman temperatur arta bilər. Belə olduqda həm batareyamıza, həm də telefonun içərisində olan digər komponentlərə zərər verə bilərik. Buna görə də, yükləmə zamanı həddindən artıq performans tələb edən proqramlardan istifadə etməmək məsləhətdir. Qeyd etdiyimiz kimi enerji yığarkən telefondan istifadə etməyin heç bir zərəri yoxdur. Təbii ki, zərurət yoxdursa, yükləmə zamanı smartfondan istifadə etməmək daha faydalı olar.

Posted 
May 18, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All