Xarici şirkətlərin elektron xidmətləri vergiyə cəlb olunacaq!
Marja.az-ın xəbərinə görə, Dövlət Vergi Xidməti Azərbaycanda xidmət göstərən, amma ölkədə qeydiyyatı olmayan xarici şirkətlər vergi uçotuna alınmalı olduğunu bildirib. Əgər bu şirkətlərin Azərbaycandan gəliri ildə 10.000 ABŞ dollarından çox olarsa, 30 gün ərzində vergi uçotuna yazılmalıdır. Kiçik gəlirli şirkətlər üçün qeydiyyat könüllüdür.
Dəyişikliklər ƏDV-nin birbaşa xidmət göstərən şirkət tərəfindən ödənilməsini təmin edir, beləliklə vergi sistemi daha ədalətli və şəffaf olur. Ödənişlər hesabat dövründən sonrakı ayın sonuna qədər edilməlidir və tətbiq üçün 6 aylıq keçid dövrü nəzərdə tutulur.
Daha çox
Breaking News
kateqoriyasından
View All



