“Tesla”ya gələn yeniləmə (update) ilə istifadiçələrə çox böyük bir təhdid olan təhlükəsizlik açığı ortaya çıxıb.
Belə ki, yeniləmədən sonra avtomobil sahibi tərəfindən NFC kard-açar ilə açıldıqda maşın özünü 130 saniyə müddətindən “kəşf edilmə” rejiminə salır.
![](https://cdn.prod.website-files.com/606b4d68b6171127160524a4/62a353e2e8ba6074d1aff54e_image_2022-06-10_182327332.png)
Ən qorxulusu isə avtomobilin ekran interfeysindən bununla bağlı heç bir xəbərdarlıq mesajı görsənmir.Bu müddətdə oğru öz mobil tətbiqinə maşını tanıda, istədiyi vaxt maşını rahatlıqla kiliddən açıb idarə edə bilər.