Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda kosmik obyektlərin rəsmi reyestri aparılacaq

How Vast Is the Cosmos, Really? - The Atlantic

Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” 24 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na kosmik obyektlər də əlavə edilib.

Tesla Cybertruck indidən paslanır?

Maraqlı stili ilə diqqətçəkən Cybertruck üçün şikayətlər gəlməyə başlayıb. Belə ki, avtomobilin paslandığına dair söz-söhbətlər ortaya çıxıb. Bəzi Cybertruck sahibləri avtomobilin xaricində yaranan narıncı nöqtələrin əslində pas deyil, toz ləkələri olduğunu müdafiə ediblər.

Xbox konsolları artıq telefonlardan idarə oluna bilər

Xbox Update - Xbox Remote Play Touch Enabled Asset

Xbox konsollarını Bluetooth-a ehtiyac olmadan telefonlardan idarə etmək və oynamaq mümkün olacaq. Bir müddətdir beta testində olan xüsusiyyət "Xbox February Update" ilə artıq hər kəsin istifadəsi üçün əlçatan olacaq.

İddia: "OpenAI" birbaşa "Google"a rəqib ola bilər!

How will Google and Microsoft AI chatbots affect us and how we work? |  Search engines | The Guardian

"The Information" iddia edib ki, "OpenAI" şirkəti "Google"a rəqib olmaq üçün axtarış sistemi üzərində işləyir. Bu mövzuda hələ çox təfərrüat yoxdur. İddialar o yöndədir ki, bu yeniliyin arxasında "OpenAI" tərəfindən dəstəklənən "Copilot" "Microsoft Bing" olacaq.

"Apple" yeni bir xüsusiyyətini elan etdi!

Premium AI Image | Cute Cartoon Apple Character Generative AI

"Apple" bir fotodan animasiya yarada bilən yeni xüsusiyyəti "Keyframer"i elan etdi. Yeni xüsusiyyət vasitəsilə istifadəçilər istədikləri fotonun animasiya versiyasını yarada biləcəklər. Bu funksiyanın iOS 18 ilə birgə gələcəyi düşünülür.

Posted 
Feb 15, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All