"
To protect Montanans’ personal and private data from the Chinese Communist Party, I have banned TikTok in Montana.

Montana qubernatoru Greg Gianforte fevral ayında ştatın qanunverici orqanından keçən qanun layihəsini imzalayıb. Montana millət vəkilləri ölkənin digər bölgələrindəki rəsmilər kimi, TikTok-un Çin şirkəti “ByteDance” ilə əlaqələri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar iddia edirlər ki, proqramın Çinə məxsus olması Amerika istifadəçilərinin şəxsi məlumatları üçün risklər yaradır. “TikTok” istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşmaq niyyətini ardıcıl olaraq rədd etmişdi və məlumat təhlükəsizliyi ilə bağlı problemlərin həllinə əhəmiyyətli investisiyalar qoymuşdu. Bütün bunlara baxmayaraq, qanunvericilər daha sərt tədbirlərin zəruri olduğuna inanırlar. ABŞ hökuməti hətta bu narahatlıqları azaltmaq üçün “ByteDance”ı TikTok-u Amerika şirkətinə satmağa məcbur etmişdi.

New Zealand bans TikTok from phones of parliamentarians | TechCrunch

Beləliklə, Montana ölkədə TikTok-u qadağan edən ilk ştatdır. Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Həmin tarixdən etibarən TikTok-u App Store və Google Play Store-dan yükləmək mümkün olmayacaq. Əks halda, bu 2 mağaza yükləmə və pozuntunun hər günü üçün 10 min dollar cərimə ödəyəcək.

Posted 
May 18, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All