Apple CEO-su Tim Cook ABC-nin “Good Morning America” proqramında  verdiyi müsahibədə təqaüdə çıxacağı ilə bağlı söz-söhbətləri rədd edib.

O, Apple-dan ayrılmağı düşünmədiyini bildirib. Bu iddialar 2025-ci ildə Apple COO-su Jeff Williams-ın təqaüd qərarından sonra güclənmişdi. O vaxt Tim Cook-un yerinə ən çox Jeff Williams və John Ternus-un adı hallanırdı, hazırda isə əsas namizəd kimi daha çox John Ternus göstərilirdi.

Tim Cook 1998-ci ildə Apple-a qoşulub, 2011-ci ildən isə CEO vəzifəsini icra edir. Hazırda 65 yaşı var və bu da son dövrdə təqaüd iddialarını gücləndirib.

Posted 
Mar 18, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All