tən il pandemiya səbəbi ilə baş tutmayan 2020 Olimpiadaları, 23 iyulda Tokionun ev sahibliyi etdiyi açılış mərasimi ilə başladı.
8 Avqusta qədər davam edəcək oyunlar, Covid-19 tədbirləri çərçivəsində tamaşaçısız oynanılır. Ümumi xərcləri 5.94 milyard dollar olan bu oyunlara əvvəlki Olimpiya oyunlarına nisbətən 2 dəfə çox reklam büdcəsi ayrıldı.
Bütün dünyada olduğu kimi, Azərbaycan idmançılarımız da ölkələrini təmsil etmək üçün Tokioya gediblər. İdmançılarımıza dəstək olmaq üçün Azərbaycan Milli Olimpiya Komitəsinin sponsorluğunda olduğu markalardan biri olan ABB, oyunçularımıza uğurlar arzulayan bir reklam çarxı yayımladı.
Azercell və GoSport isə sosial media hesablarında yayımladıqları paylaşımları ilə dəstəklərini göstərdilər. Azərbaycan Milli Olimpiya Komitəsinin digər sponsorları; BP və Toyota oldu.