İlon Mask və “Apple” arasında nələr baş verir? Maskın sözlərinə görə “Apple” “Twitter”i “App Store”dan silməklə hədələyib.

İlon Mask “Twitter”i aldıqdan sonra bir çox reklamçı fikrini dəyişməyə başladı. Bəzi şirkətlər “Twitter” ilə əməkdaşlıqlarını ləğv edərkən İlon Maskdan maraqlı açıqlama gəlib. Milyarderin sözlərinə görə “Apple” platformada reklamı dayandırıb və “Twitter”i “App Store”dan silməklə hədələyib.

İlonun bu barədə “Twitter”də paylaşım da edib. “Apple”dan bu məsələ ilə bağlı hələ ki, açıqlama yoxdur.

İlonun tviti

İlon Mask “Twitter”i aldıqdan sonra “Apple”a qarşı tənqidlərini artırıb. “Epic Games”in “App Store”un monopoliyasından bəhs edən parodiya videosunu ritvit edən Mask “Apple”ın reklam tariflərini aşağı saldığını da bildirib. O hesab edir ki, şirkət bu yanaşma ilə ifadə azadlığına zərbə vurur.

“Twitter”i satın almadan əvvəl söz azadlığına diqqət çəkən Mask onu tənqid edən yüksək səviyyəli mühəndislərini işdən çıxardığı və keçmiş prezident Trampın hesabını aktivləşdirdiyi üçün tənqidlərə səbəb olub. Bununla belə, Mask bunu söz azadlığı üçün etdiyinə inanır.

Ötən həftə açıqlanan hesabatda “Twitter”in ən yaxşı 100 reklamçısının yarısını itirdiyi məlum olub. Bu brendlər 2020-ci ildə “Twitter” reklamlarına 2 milyard dollar, 2022-ci ildə isə 750 milyon dollardan çox xərcləyib.

İlonun tviti

“AT&T”, “CNN”, “Dell”, “DirecTV”, “HP”, “Nestle”, “Coca-Cola”, “Verizon”, “Volkswagen” və “Wells Fargo” kimi məşhur şirkətlər artıq “Twitter” ilə reklam əməkdaşlıqları etmir.

Posted 
Nov 29, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All