“Counter-Strike: Global Offensive”dən sonra oyun həvəskarlarının yeni favoritinə çevrilən “Valorant” hər yeni sezonda izləyicilərini sevindirməyə çalışır. Bu dəfə yeni sezonda “Valorant” sevənləri sualtı yeni xəritə qarşılayacaq.

Yeni xəritənin adının “Pearl” olduğu açıqlanıb.

Portuqal mədəniyyətinə referansları ilə diqqəti özünə çəkən “Pearl” qarışıqlığı ilə “Fracture” xəritəsini xatırladır:

Xəritənin treylerini buradan izləyə bilərsiniz:

Yeni xəritəni 5-ci epizodun 1-ci aktında oynaya biləcəyik.

Qeyd edək ki, yeni xəritənin gəlməsi ilə birgə “Split” xəritəsi dərəcəsiz və rəqabətcil modlarından qeyri-müəyyən müddətlik çıxarılacaq.

Posted 
Jun 18, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All